“Neftqaztikinti”də həmkarlar ittifaqının hesabatı dinlənilib, seçkilər keçirilib

456

SOCAR “Neftqaztikinti” tresti Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev, trestin rəhbərliyi, AzNQSİHİ RK-nin sədr müavini Fətulla Mustafayev və ittifaq üzvləri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RK-nın sədr müavini Fətulla Mustafayev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra “Neftqaztikinti” trestinin Həmkarlar ittifaqı komitəsinin hesabatı dinlənilib və üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Yığıncaqda səsvermə keçirilib, Komitə və Təftiş komissiyasının yeni tərkibi formalaşıb. Eləcə də Əli Qurbanov ittifaq üzvləri tərəfindən Həmkarlar ittifaqı komitəsinin sədri seçilib.

Tədbirdə digər məsələlər də müzakirə olunub, AzNQSİHİ RK-nın VI Qurultayına nümayəndələr müəyyənləşib.