MİHİF-in plenumu keçirilib

557

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının plenumu keçirilib.

Öncə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə gündəliyə salınmış təşkilati məsələyə baxılıb.

Belə ki, Federasiyanın prezidenti Bəkir Yusifovun öz ərizəsi əsasında vəzifəsindən ayrılması ilə əlaqədar yeni seçkilər keçirilib.

Plenum iştirakçılarının açıq səsverməsi ilə Fəzail Bağırov yekdilliklə qurumun prezidenti seçilib.

Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev F.Bağırovun həmkarlar ittifaqları sıralarında uzunmüddətli fəaliyyətinə toxunub, onun xidmətlərini qeyd edib və plenumun qərarını alqışlayıb.

AHİK sədri həmçinin ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili, həmçinin həmkarlar ittifaqlarının qarşısında duran prioritet məsələlərlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.