MİHİ RK-nın rayon komitəsində yığıncaq keçirilib

316

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) Ucar rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə MİHİ RK-nın Maliyyə şöbəsinin müdiri Telman Yusifov, Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov, Zərdab rayon komitəsinin sədri Vəfa Bayramova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, ilk həmkarlar ittifaqlarının sədrləri və üzvləri iştirak ediblər.

Öncə şəhidlərimizin və dünyadan köçmüş ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Ucar rayon komitəsinin sədri Mirqələm Əliyevin və Təftiş komissiyasının sədri Nəzakət Qasımovanın hesabatları dinlənilib, komitənin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Sonra seçkilər keçirilib, Ucar rayon komitəsinin, Rəyasət heyətinin və Təftiş komissiyasının üzvləri təsdiqlənib. Həmçinin açıq səsvermə yolu ilə Mirqələm Əliyev yenidən komitənin sədri, Kəmalə Hacıyeva isə müavini seçilib.

Təlimata uyğun olaraq Mirqələm Əliyev eyni zamanda MİHİ RK-nın XIX konfransına nümayəndə və Respublika Komitəsinə üzv seçilib.