MİHİ Lerik rayon komitəsinin konfransı keçirilib

287

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) Lerik rayon komitəsinin VII konfransı keçirilib.

Konfransda MİHİ RK-nın Aparat rəhbəri Zaur Həmidov, Lənkəran rayon komitəsinin sədri Anar Salayev, ilk həmkarlar ittifaqlarının sədrləri və ittifaq üzvləri iştirak ediblər.

Öncə Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz  xatirəsi ehtiramla yad olunub.

Lerik rayon komitəsinin sədri Dilarə Fətullayeva 2017-2024-cü illər ərzində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Təftiş komissiyasının sədri Xasay Şəbiyevin hesabatı dinlənilib. Ardınca hesabat ətrafında ittifaqı üzvləri – Mükafat Yaqubov, Hüsaməddin Abbasov və Ruslan Məmmədov çıxışlar edib fikirlərini bildiriblər.

Hesabatlar ittifaq üzvləri tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Eləcə də konfransda seçkilər əsasında komitənin yeni tərkibi formalaşıb, Rəyasət heyətinin və Təftiş komissiyasının üzvləri müəyyənləşib. Müqəddəs Dənziyev isə Komitənin sədri seçilib. Respublika Komitəsinin Aparat rəhbəri  Zaur Həmidov yeni tərkibə fəaliyyətində uğurlar arzulayıb, bəzi tapşırıq və tövsiyələrini verib.