ATU-da hesabat-seçki yığıncağı keçirilib

342

Azərbaycan Tibb Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə universitetinin rektoru Gəray Gəraybəyli, prorektorlar, fakültə dekanları və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Elnara Muradova iştirak ediblər.
Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Qoşqar İsmayılov 2017-2024-cü illər ərzində görülən işlər, həyata keçirilən layihələr barədə ittifaq üzvlərinə hesabat verib. Sonra hesabat ətrafında müzakirələr aparılıb, fikirlər səslənib və komitənin fəaliyyəti üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Sonra açıq səsvermə yolu ilə Tələbə həmkarlar ittifaqı komitəsinin tərkibi formalaşıb, Qoşqar İsmayılov isə yekdilliklə yenidən komitənin sədri seçilib.