Aqrar inkişaf mərkəzlərində hesabat-seçki yığıncaqları keçirilib

434

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Ucar, Zərdab, Ağdaş, Yevlax, Bərdə, Ağdam və Tərtər Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda həmkarlar ittifaqlarının və təftiş komissiyalarının hesabatları dinlənilib. Ümumilikdə hesabat dövründəki fəaliyyətlər qənaətbəxş kimi qiymətləndirilib. Gündəliyə uyğun olaraq ilk həmkarlar ittifaqlarının sədr seçkisi  ilə bağlı yığıncaq iştirakçılarının təklifləri dinlənilib. Təkliflər iclas sədrləri tərəfindən səsə qoyulub və yeni həmkarlar ittifaqı komitəsinin sədrləri seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi təsdiqlənib.

Yığıncaqlarda iştirak edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və  mükafatların verilməsi, eləcə də mədəni kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələrini yeni seçilən sədrlərinin diqqətinə çatdırıb. Yığıncaqlarda Aqrar Xidmətlər Agentliyinin ilk həmkarlar ittifaqının şöbə müdiri Şəhriyar Alxasov da iştirak edib və ona ünvanlanan sualları cavablandırıb.