AKİA həmkarlar ittifaqının yeni tərkibi formalaşıb

427

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kollektivi ilə görüş keçirilib.

Tədbirdə Agentliyin rəhbəri Seymur Mövlayev çıxış edərək qurumun fəaliyyətindən, son dövrlərdə əldə etdikləri nailiyyətlərdən, aqrar kreditləşmə sahəsində şəffaflıqdan danışıb.

Ardınca Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov çıxış edərək Birliyin yaranma zərurətindən və qarşıda duran vəzifələrdən danışıb.

Agentliyin həmkarlar ittifaqının sədri İlkin Sadıqovın isə hesabatı dinlənilib. O, il ərzində həmkarlar ittifaqının gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, əlamətdar günlərin qeyd olunmasından, təmsil olunduqları idman yarışlarında və işçilərin əməyinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda açıq səsvermə yolu ilə Agentliyin həmkarlar ittifaqının yeni tərkibi seçilib.