AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində keşirilən ağacəkmə aksiyasında iştirak edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən növbəti aksiya zamanı sözügedən qurumların rəsmilərinin və əməkdaşlarının iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.