AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub.
Görüşədə AMEA AHİ-nin sədri Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar İttifaqının sədri Etibar Qaravəliyev və həmin ittifaqın elmi katibi Lalə İbrahimova iştirak ediblər. AHİ-nin sədri Sənan Həsənov ziyarət zamanı Akademiya rəhbərliyinin və alimlərin şəhid ailəsinə ehtiramını çatdırıb. Vətənimizin başını uca edən qəhrəmanlarımızı əziz xatirəsini AMEA əməkdaşları tərəfindən hər zaman uca tutulduğunu bildirib. Vurğulayıb ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış parlaq Qələbə bizim şanlı tariximizdir.
Şəhidin valideynləri qəhrəmanımızın vətənpərvərlik amalından və döyüş yolundan danışıblar.
Sonda səhid ailəsi Novruz bayramı münasibəti ilə təbrik edilib və xatirə şəkli çəkdirilib.