NQSİHİ RK Qadınlar şurasının iclası olub

450

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (NQSİHİ RK) Qadınlar şurasının iclası keçirilib.
Şuranın sədri Lalə Cəfərova gündəliyə cari və təşkilati məsələlərin daxil edildiyini bildirib. Məsələlər üzrə müzakirələr aparılıb, rəy və təkliflər səslənib, müvafiq qərarlar qəbul olunub.
Daha sonra Şura üzvləri Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və iş fəaliyyətini əks etdirən salona, həmçinin “Xalça”, “Çalğı alətləri” salonlarına baş çəkib və faydalı məlumatlar əldə ediblər.