Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında şəhid ailəsi ilə görüş olub

299

Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Mais Məhərrəmovun ailə üzvləri ilə görüşüb.

Görüş zamanın şəhidimizin qəhrəmanlıqlarından danışılıb, ailəsi onunla bağlı xatirələrini bölüşüb.

Həmçinin şəhid ailəsinin qayğıları ilə maraqlanan Şura sədri Qəzənfər Abdullayev onlara maddi-mənəvi dəstək göstərilməsi üçün müvafiq tədbirlər görüb.