Kollektivlərdə görüşlər keçirilir

313

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi üzv təşkilatlarda həmkarlar ittifaqı fəalları ilə görüşlər keçirir. Təşkilatın sədri Fuad Məmmədov Aqrar Tədqiqatlar Mərkəzində həmkarlar təşkilatının fəailyyəti ilə tanış olub, ötən il görülən işlərin hesabatını dinləyib. Eyni zamanda Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təşkilat şöbəsinin müdiri Anar Tağıyev Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkaran Dövlət Aqrar İnkişaf Mərkəzlərində qurum  rəhbərlərinin iştirakı ilə görüşlər keçirib. Sahə həmkarlar təşkilatının 2024-cü il üçün təsdiq olunmuş fəaliyyət proqramına uyğun olaraq bütün üzv təşkilatlarda keçirilməsi nəzərdə tutulan bu görüşlərin əsas məqsədi həmkarlar təşkilatının fəaliyyəti ilə yaxından tanış olmaq, strukturlaşma ilə bağlı onlara əməli köməklik göstərmişdir.