Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası sərgidə iştirak edib

266

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və bir çox özəl qurumların dəstəyi ilə martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi sərgisi keçirilir.

Dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgisində ən müasir texnoloji avadanlıqlar nümayiş etdirilir. Tədbir öz işinə elmi texniki konfransla başlayıb.

Bakı Su Həftəsinin təşkil edilməsində isə məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Bakı Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Türkiyə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, və Rusiya daxildir.

Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının sədri və məsul işçiləri də sərginin işində  iştirak etmişdir, dünyanın qabaqcıl ölkələrinin bu sahədə ən müasir texnologiya və avadanlıqları ilə tanış olublar. Həmçinin sərgi iştirakçıları ilə fikir mübadiləsi də aparılıb.