İttifaq üzvləri ağacəkmə aksiyasında iştirak ediblər

382

“Azərenerji” ASC-nin tərkibində olan “Azərbaycan İES” MMC-də və “Mingəçevir SESS” MMC-də “Yaşıllıq naminə həmrəylik ili”nə həsr edilmiş iməcilik və ağacəkmə aksiyası təşkil olunub.

Həmkarlar ittifaqlarının üzvləri də tədbirdə iştirak ediblər. “Azərbaycan İES” MMC ərazisində kollektiv tərəfindən 1550, “Mingəçevir SESS” MMC ərazisində isə 800 ağac əkilib.
Qeyd edək ki, “Yaşıllıq naminə həmrəylik ili” çərçivəsində “Azərenerji” ASC tərəfindən ümumilikdə 29 min ağac əkilməsi nəzərdə tutulub.