Daha 42 qazi Ağbulaq İstirahət Mərkəzində olub

260

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə daha 42 qazi Ağbulaq İstirahət Mərkəzində dincəlib.
İki günlük tədbir çərçivəsində qazilər istirahət üçün yaradılmış bütün imkanlardan yararlanıb, o cümlədən kanat xətlərindən istifadə edib, onlar üçün müxtəlif proqramlar təşkil olunub.
Qeyd edək ki, 28-29 fevralda isə 40 nəfər qazi Ağbulaq İstirahət Mərkəzində dincəlib.