BAMİF-in yeni prezidenti seçilib

302

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (BAMİF) vitse-prezidenti Bəkir Yusifov Türkiyədə keçirilən BAMİF Mərkəzi Komitəsinin 57-ci iclasında iştirak edib.

İclasda BAMİF-in baş katibi Murat Salar giriş nitqi ilə çıxış edib, gündəliyə cari və təşkilati məsələlərin daxil edildiyini bildirib. Həmçinin 2009-cu ildən BAMİF-in sədri vəzifəsini icra edən Pevrul Kavlakın vəfatından dərin kədər ifadə olunub.

Sonra BAMİF-in prezidenti vəzifəsinə seçkilər keçirilib. Mərkəzi Komitə və İcraiyyə Şurası üzvlərinin yekdil qərarı ilə Uysal Altundağ qurumun prezident seçilib.