ATU Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki keçirilib

423

Azərbaycan Tibb Universiteti (ATU) Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) sədri Arif Mərdanov, SİHİ RK sədrinin birinci müavini Elnarə Muradova və ittifaq üzvləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin, həmçinin uzun illər ATU Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etmiş professor Surxay Musayevin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra işçi orqanları yaradılıb və gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. 2017/2024-cü illərdə görülmüş işlər haqqında Universitetin Həmkarlar ittifaqı komitəsinin sədri Cahangir Qasımov hesabat verib.

Tədbirdə həmçinin Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinə seçkilər keçirilib. Sədr vəzifəsinə Cahangir Qasımovun namizədliyi irəli sürülüb və o, yekdilliklə Komitənin sədri seçilib. Eləcə də seçkilər əsasında yeni tərkib formalaşıb.

Cahangir Qasımov həm də Respublika Komitəsinə üzv və IV Qurultaya nümayəndə seçilib.

Sonda çıxış edən SİHİ RK sədri Arif Mərdanov və Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Universitetin həmkarlar ittifaqının fəaliyyətini yüksək qiymətləndiriblər və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.