ASİHİB-nin təşkilatçılığı ilə xanımlar üçün konsert təşkil olunub

353

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar aqrar sahədə çalışan xanımlar üçün konsert proqramı təşkil olunub.
Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aparat rəhbəri Azad Cəfərli, ASİHİB-nin sədri Fuad Məmmədov çıxışlar edərək ölkəmizin, o cümlədən iştirakçı xanımların bayramını təbrik edib, uğurlar arzulayıblar. Onlar həmçinin ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin qorunmasında xanımların xidmətlərindən, eləcə də ölkəmizin ictimai-siyasi həyatında onların fəal iştirakından danışıblar.
Tədbir konsert proqramı ilə davam edib, tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifaları dinlənilib.
Sonda iştirakçı xanımlara hədiyyələr verilib.

Elmi Tədqiqat İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda ilk həmkarlar ittifaqının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib. İnstitutun direktoru İlham Qaraqurbanlı qadınları təbrik edib və onlara uğurlar arzulayıb.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev isə çıxışında ölkəmizdə qadınlara olan ali münasibətdən, gender bərabərliyindən, qadınların cəmiyyətin inkişafında rolundan, həmkarlar ittifaqlarının fəaliyyətində iştirakından söz açıb və onlara təbriklərini çatdırıb.
Tədbirdə həmçinin ölkəmizin ictimai-siyasi həyatında xidmətləri olan qadınlardan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonunda ilk həmkarlar ittifaqı tərəfindən xanımlara hədiyyələr təqdim olunub.