AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

208

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.

AHİK sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən muxtar respublikada yaşayan şəhid və qazi ailələri də daxil olmaqla 1200 aztəminatlı  ailəyə ərzaq yardımı  paylanılacaq.