Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakova başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli Mixail Viktoroviç!
Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbəri məni dərindən sarsıtdı.
Baş verən terror hadisəsini pisləyir, Sizə, eləcə də həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan həmkarlar ittifaqlarının üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.