AHİK-də şəhid ailələri ilə görüş olub

332

Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov AHİK tərəfindən övladları himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

Şəhid ailələrini salamlayan AHİK-in sədr müavini onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindən, Qarabağda uğurlu antiterror tədbirlərindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin rəşadətindən, onların şanlı döyüş yolundan danışıb.

Şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib, maddi köməklik göstərilib.