SİHİ RK-ya birinci müavin təyin olunub

336

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) onlayn formatda 7-ci Məclisi keçirilib.

Məclisin gündəliyinə təşkilati məsələlər daxil edilib.

Məsələlər üzrə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.

Məclisin qərarı əsasında Elnarə Muradova SİHİ RK sədrinin birinci müavini seçilib.

Eyni zamanda E.Muradovanın RK-nın Məclis və Rəyasət heyəti üzvlüyü təsdiqlənib.