Qazinin müalicə xərcləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ödəniləcək

268

Fevralın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qazisi Şakir Babayevlı görüşüb. Şura sədri qazinin səhhəti və müalicəsi ilə maraqlanıb.

AHİK-in sədr müavininin tapşırığı ilə Şakir Babayevin Bakı şəhərində əməliyyat xərcləri üçün müvafiq məbləğdə maddi yardım ayrılıb. Vətən müharibəsi qazisi göstərilən qayğıya görə təşəkkürünü bildirib.