MİHİ RK Xalq artisti İlham Namiq Kamalı təltif edib

236

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Xalq artisti İlham Namiq Kamal Fəxri fərmanla təltif olunub.

Aktyor milli teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə və anadan olmasının 75 illiyi münasibətilə mükafatlandırılıb.