Fevralın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev Kəngərli rayon Qıvraq qəsəbə şəhidlərini ziyarət edib.
Milli Məclisin deputatı Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarları önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb.