AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda Ulu Öndərin abidəsini ziyarət edib

228

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfər edib.

Səfər zamanı Səttar Möhbalıyev və AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.