AHIK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

AHİK sədri Səttar Möhbalıyev və qurumun kollektivi “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 32-ci ildönümüdür.
Bununla əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev “Ana harayı” abidəsini deputat həmkarları ilə birgə ziyarət edib.

 

DİGƏR YAZILAR

SON XƏBƏRLƏR