AHİK-də insanlar arasında yayılmış yolxucu xəstəliklərə qarşı maarifləndirici tədbir keçirilib

385

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mövsümü xəstəliklər və kəskin respirator viruslara qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

AHİK-in Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin əməkdaşları qurumun kollektivinə xüsusilə son zamanlar insanlar arasında yayılan viruslar, o cümlədən qızılca və Hepatit A xəstəlikləri, onların əlamətləri, qorunma və müalicə yolları haqqında ətraflı məlumat veriblər.

Şöbənin etimadlı həkimi Səbinə Paşayeva qeyd olunan xəstəliklərə qarşı ən effektiv profilaktik üsulun gigiyenik qaydalara əməl olunması və peyvəndlənmənin aparılması olduğunu diqqətə çatdırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, zəruru tövsiyələr verilib.