“Abşeronneft”də hesabat-seçki yığıncağı keçirilib

423

“Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqında VI hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, “Azneft” İstehsalat Birliyi və Abşeronneft Neft-Qaz Çıxarma İdarəsinin həmkarlar ittifaqlarının sədrləri, həmçinin ittifaq üzvləri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca gündəliyə çıxarılmış məsələlərin müzakirəsi aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.

Həmçinin yığıncaqda “Abşeronneft” NQÇİ Həmkarlar ittifaqı komitəsinin ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr, o cümlədə əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı adımlar barədə hesabatı ittifaq üzvlərinin diqqətinə çatdırılıb və qənaətbəxş hesab edilib.

Yığıncaqda “Abşeronneft” NQÇİ Həmkarlar ittifaqı komitəsinin yeni tərkibi formalaşıb. Belə ki, açıq səsvermə yolu ilə 17 nəfər komitə üzvü, Oruc Mustafayev isə komitənin sədri seçilib. Eləcə də 5 nəfər Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Qurultayına nümayəndə seçilib.