Şabranda keçirilən tədbirdə əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolundan danışılıb

464

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin ilk həmkarlar ittifaqı komitəsinin yığıncaqı keçirilib.
Tədbirdə Aqrar Xidmətlər Agentliyi rəhbərliyinin təqdimatına əsasən, rayon Baytarlıq idarəsinin bir qrup əməkdaşının iş zamanı yol verdiyi nöqsanlar müzakirə olunub.

İclasda iştirak edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev əmək intizamından, işəgötürənlərin və işçilərin öhdəliklərindən danışıb, əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolundan bəhs edib.

Eyni zamanda yığıncaqda Aqrar Xidmətlər Agentliyinin həmkarlar ittifaqı komitəsinin məsul şəxsləri də işçilərə əmək funksiyasını yerinə yetirən zaman diqqətli olmalarını tövsiyə edib.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb və gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb.