AZƏRBAYCAN RESPUBLİKASININ
N A Z İ R L Ə R K A B İ N E T İ
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI
KONFEDERASİYASI
AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR
(İŞƏGÖTÜRƏNLƏR) TƏŞKİLATLARININ MİLLİ
KONFEDERASİYASI
Q Ə R A R
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası
arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin
bağlanılması haqqında
- Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında
2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).