AMEAAHİ 12-ci Məclisi keçirilib

340

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AMEAAHİ) XII Məclisi keçirilib.

Məclisin gündəliyinə təşkilati məsələlər daxil edilib.

Məclisin qərarı ilə AMEAAHİ-nın sədri Habil Qurbanov öz ərizəsi əsasında vəzifəsindən azad edilib.

İttifaqın sədri vəzifəsinə Məclis üzvlərinin yekdil qərarı ilə Sənan Həsənov seçilib. Eyni zamanda Sənan Həsənovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Məclis və İcraiyyə Komitəsinə üzvlüyü ilə bağlı vəsatət qaldırılıb.

Qeyd edək ki, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov tədbirdə iştirak və çıxış edib.