AHİK sədri Babək rayonundakı Şəhidlər xiyabanını ziyarət edib, sakinlərlə görüşüb

438

Yanvarın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Babək rayon Şəhidlər Memorial Abidə Kompleksinə gələrək 20 Yanvar şəhidlərinin xatirəsi anılıb, qəhrəman Vətən övladlarının əziz ruhlarına dualar oxunub.

 

Sonra Babək rayon sakinləri ilə çay süfrəsi arxasında səmimi görüş olub. Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AHİK sədri çıxış edərək 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən danışıb. Biz inanırıq ki,  Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcək, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.