Ağsu, Qazax və Mingəçevirdə şəhid ailələri ziyarət olunub

400

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub.

Belə ki, qurumun Aparat rəhbəri Rüfət Bürcəliyev və Maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov Ağsu və Qazax rayonlarında, həmçinin Mingeçevir şəhərində şəhid ailələrinə baş çəkib, söhbətlər aparıb, qayğıları ilə maraqlanıblar. Dövlətimiz və ictimai təşkilatlar tərəfindən onlara göstərilən hərtərəfli dəstəkdən razılıq ifadə edən şəhid ailələri bütün qayğılarının qarşılandığını bildiriblər.

Federasiyanın əməkdaşları tərəfindən ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.