Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 6 Dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan müəssisə və qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirib.
Tədbirdə uzun müddət rabitə sahəsində çalışan və səmərəli fəaliyyəti ilə seçilən rabitəçilərə “Təşəkkürnamə”lər təqdim edilib.