Naxçıvanda şəhid övladlarına bayram hədiyyələri təqdim edilib

422

Dekabrın 26-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid övladları ilə bayram görüşü keçirilib.

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Xanımana Əlibəylinin əsəri əsasında səhnələşdirilmiş “Şaxta babanı tapaq” tamaşasını təqdim edib.

Tamaşanın sonunda uşaqlar səhnəyə dəvət olunub, 45 şəhid övladına Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından hədiyyələr verilib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlara məktəbli ləvazimatları və yeni il hədiyyələri təqdim edib, onlarla birgə xatirə fotosu çəkdiriblər.