Moskvada ÜHİK Şurasının iclası keçirilir

414

Dekabrın 11-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) Şurasının iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, ÜHİK-nın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti tədbirdə iştirak edib.

İclasda təşkilati məsələlərə baxılıb, maliyyə hesabatı dinlənilib, nizamnamədə dəyişikliklər edilməsi müzakirə olunub.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.