Metropoliten İşçiləri Həmkarlar İttifaqının VIII Məclisi keçirilib

674

Dekabrın 15-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) VIII Məclisi keçirilib.
Öncə Dövlət Himni səsləndirilib.

MİHİ-nin sədri Arif Mərdanov gündəliyə “Bakı Metropoliteni” QSC-də 2023-cü il ərzində əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsi sahəsində görülmüş işlər haqqında”, “AHİK-in növbədənkənar VI Qurultayına MİHİ-dən nümayəndələrin seçilməsi haqqında” və təşkilati məsələlərin daxil edildiyini bildirib.

Çıxışlardan və hesabatlardan sonra “Bakı Metropoliteni” QSC-də 2023-cü il ərzində əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsi sahəsində görülmüş işlər qənaətbəxş hesab edilib. Tövsiyə olunub ki, bundan sonra da əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsi sahəsində görüləcək işlər istər Kollektiv Müqavilələr bağlanarkən, istərsə də gündəlik həyatda daima diqqət mərkəzində saxlanılsın və lazımi tədbirlər görülsün.

Məclisdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VI Qurultayına MİHİ-dən nümayəndələr seçilib. Həmçinin təşkilati və cari məsələlər ətarfında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.