“Kənd-Qida-İş”in VII Məclisi keçirilib

566

Dekabrın 7-də “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının VII Məclisi keçirilib. Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Federasiyanın sədri Tofiq Quliyev giriş sözü ilə çıxış edərək Məclisin əsas gündəliyində duran məsələ – “Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində həmkarlar ittifaqının iştirakı və qarşıda duran vəzifələri” barədə iştirakçıları məlumatlandırıb.

Bundan əlavə, Federasiyanın dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən kənd idmançılarının Spartakiadasanın fəal iştirakçıları olmuş qazilər mükafat və fəxri fərmanlarla təltif olunublar. Qaliblər çıxışlarında vətənpərvərlik mövzusundan söz açaraq ölkə rəhbərliyinə və Federasiyaya onlara olan diqqət və qayğıya görə təşəkkür ediblər.
Tədbirdə Federasiyanın sədr müavini Təhmasib Əliyevin, Maliyyə şöbəsinin müdiri İsmayıl Əlləzovun çıxışları dinlənilib.
Sonda Federasiyanın sədri Tofiq Quliyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və səadət dolu günlər arzulayıb.
Qeyd edək ki, Məclisdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbərinin müavini Qara Ağayev də iştirak edib.