Həmkarlar ittifaqlarının nümayəndələri mükafatlandırılıb

239

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının 30 illik yubiley qurultayı keçirilib. Tədbirdə Milli Məclisin deputatları Nizami Cəfərov, Fazil Mustafa, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimli və digər ziyalılar iştirak ediblər. Həmçinin qurultayda Sülh Mədəniyyyəti İnstitutunun (UNESCO) rektoru akademik Engel Tağirov, akademiklər – Süheyl Fərəh, Hayrettin İvgin və digər xarici qonaqlar da dəvət olunublar.

 

Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı akademik Ömər Eldarova Assosiasiyanın prezidenti professor Fuad Məmmədov tərəfindən “Simruq quşu heykəli” təqdim edilib.
Mükafatlandırılanlar arsında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov və Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov da yer alıb. Fəaliyyətinə verilən yüksək qiymətə görə, təşəkkür edən Komitə sədri bildirib ki, mədəniyyətin əsas elementlərindən olan əməyin idarə olunması, əmək münasibətlərinin tənzimlənməsi həmkarlar ittifaqlarının əsas funksiyalarından biridir və qurum bu istiqamətdə səmərəli fəaliyyətini davam etdirir.
Tədbirdə digər şəxslər də mükafatlandırılıb.