Elm və təhsil naziri Emin Əmrullayevə “AHİK-in 30 illiyi yubiley döş nişanı” təqdim olunub

377

Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev Nazirlik yanında İctimai Şuranın hazırkı tərkibdə fəaliyyətinin başa çatması ilə əlaqədar Şura üzvləri ilə görüşüb.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, Şuranın üzvü Mirzə Cəfərov da iştirak edib.
O, elm və təhsil naziri Emin Əmrullayevi “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi yubiley döş nişanı” ilə təltif olunması münasibətilə təbrik edib və nişanı nazirə verib.