BHİK Baş Şurasının 33-cü iclası keçirilib

357

Dekabrın 12-13-14-də Brüsseldə (Belçika) Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 33-cü iclası keçirilib, iclasda BHİK-nin 2024-cü il üçün prioritet gündəliyinin bir sıra mühüm məsələləri müzakirə edilib.

Qeyd edək ki, 2001-ci ildən üzv olduğumuz və sədrimizin də vitse-prezidenti olduğu BHİK-in bu beynəlxalq forumunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva təmsil edib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş Şurasının üzvlərinə BHİK-nin baş katibi Luk Trianql tərəfindən 2023-cü ildə dünyada həmkarlar ittifaqı hərəkatının qarşısında duran vəzifələr, müxtəlif ölkələrdə həmkarlar ittifaqlarına qarşı hücumlar və həyata keçirilən əsas fəaliyyətlər barədə məlumat verib. BHİK və onun regional təşkilatları, eləcə də üzv təşkilatlar tərəfindən təşkil edilən məlumat kampaniyaları da daxil olmaqla, bu il BHİK-in qarşısında duran əsas proqram və fəaliyyət planı haqqında da məlumat verilmişdir.

Luk Trianql BHİK-in Melburn Qurultay Bəyannaməsinin müddəalarını, yeni Sosial Müqavilə, o cümlədən ümumi mövzuları, iqlim dəyişikliyi ilə bağlı həmkarlar ittifaqlarının fəaliyyəti, ədalətli iqtisadiyyata keçid, əmək bazarında bərabərsizliyə qarşı mübarizə, BHİK-nin qlobal səviyyədə müxtəlif təşkilatlarla əməkdaşlığına da toxunmuşdur.