Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının IX Plenumu keçirilib

648

Dekabrın 15-də Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasında IX Plenum keçirilib. Federasiyasının Prezidenti, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov iclası giriş sözü ilə açıb. İclasın iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

İclasın gündəliyinə təşkilatı məsələlər, həmkarlar ittifaqına üzvlük haqlarının daxil olmasının vəziyyəti və federasiyanın maliyyə durumunun yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının AHİK-in VI növbədənkənar Qurultayına seçilən nümayəndələrin iştirakı haqqında məlumatlar daxil edilib. Federasiyasının AHİK-in VI növbədənkənar Qurultayına nümayəndə
seçilib və təsdiq edilib.

İclasın sonunda AMİHİF-in Prezidenti Bəkir Yusifov Plenumun iştirakçılarına təşəkkür edib və məhsuldar işin nəticələrini ümumiləşdirib.