AHİK sədri Səttar Möhbalıyev Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinə baxış keçirib

532

Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksində aparılan quruculuq işlərinə baxış keçiriblər.

Məlumat verilib ki, Kompleks həmkarlar ittifaqının balansına alındığı vaxtdan bu günədək quruculuq işləri davam etdirilir. Belə ki, hotelin içində yerləşməsi nəzərdə tutulan qazanxana üçün yeni bina tikilir. Elektrik otaqları və yeni su hovuzları yaradılır. Həmçinin binalar arasında mövcud olan 250 metrlik kommunikasiya tuneli standartlara uyğun olmadığından genişləndirilir.

Sonra AHİK sədri Səttar Möhbalıyev və müavini Qəzənfər Abdullayev Duzdağ hoteldə olublar. Duzdağ hoteldə fəaliyyət göstərən üzgüçülük zalında aparılan təmir-bərpa işləri ilə bağlı AHİK sədrinə məlumat verilib.