“Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı” adlı rəsm-kataloqun təqdimatı olub

441

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) dəstəyi və Fikrət Əmirov adına 6 saylı Onbirillik İncəsənət Məktəbin təşkilatçılığı ilə “Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı” adlı rəsm-kataloqun təqdimat konserti keçirilib. Tədbirdə MİHİ RK-nın TÜRKSOY-un, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi rayon YAP təşkilatının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər Şuşanın tarixindən, tarixi-mədəni abidələrindən, yetirdiyi şəxsiyyətlərdən, həmçinin işğal dövründə ermənilərin şəhərdə törətdiyi vandal aktlarından danışıblar. Bildirilib ki, bu gün Şuşa dirçəliş dövrünü yaşayır, şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
Tədbir iştirakçılar tərəfindən maraqla izlənilib.
Qeyd edək ki, MİHİ RK tədbirin təşkilatçılarını mükafatlandırıb.