Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Kənd Təsərrüfatı Nazirliyi Aparatının əməkdaşları üçün 2 günlük Qax rayonuna səyahət təşkil edib.
Səfər zamanı əməkdaşların “El-Resert” otelində istirahəti ilə yanaşı, onların komanda quruculuğunda bacarıqlarının artırılması (team bilding) üçün müxtəlif intellektual oyunlar və idman yarışları keçirilib. Eyni zamanda əməkdaşlar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Respublika Qax Damazlıq və İpəkçilik Stansiyasına baş çəkib, barama toxumunun yuyulması və hazırlanması prosesi ilə tanış olublar.
Səfər müddətində əməkdaşlar həmçinin rayonun İlisu kəndinə gediblər və orada tarixi-mədəni abidələri, o cümlədən 18-ci əsrə aid “Sumuq qala” kompleksini ziyarət ediblər.
İştirakçılar səfərin onlarda xoş ovqat və zəngin təəssürat yaratdığını bildiriblər.