Həmkarlar ittifaqının nümayəndələri Bakı Qida Yağ Fabrikində olublar

554

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın etimadlı həkimləri Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının işçiləri ilə Bakı Qida Yağ Fabrikində olublar.
Müəssisə rəhbərliyi ilə söhbət zamanı tibbi-sosial mühafizə, sağlamlaşdırma üzrə normativ-hüquqi aktların tələblərinin vəziyyətinə dair məsələlər müzakirə edilib. Bildirilib ki, kollektiv müqavilələrdə tibbi-sosial mühafizəyə dair bəndlərin yer alıb, həmçinin onun tələbləri vaxtında və səmərəli şəkildə həyata keçirilir.
Bundan əlavə, “Az-Granata” MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri ilə Federasiyada keçirilən görüşdə işçilərin əmək qabiliyyətinin bərpası üçün müəssisədə görülən işlər barədə söhbət aparılıb.