ATİAHİ RK-nın VIII Məclisi keçirilib

704

Noyabrın 21-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VIII Məclisi keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib.

Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2024-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə”, “2023-2025-ci illər üçün bağlanmış yeni saziş və müqavilələrin şərtlərindən irəli gələn vəzifələr barədə”, “ATİAHİ RK-nın büdcə göstəricilərinin təsdiqi barədə”, “ATİAHİ RK Aparatının və üzv təşkilatlarının ştat cədvəlinin təsdiqi barədə” məsələlər öz əksini tapıb.

İclasda gündəlikdə duran məsələlər barədə müzakirələr aparılıb, rəy və təkliflər səslənib, müvafiq qərarlar qəbul edilib.

Tədbirin sonunda Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.