AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir

444

Noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-ə üzv təşkilatların rəhbərləri Naxçıvan şəhərinə səfərə gəlib.
AHİK sədri Səttar Möhbalıyev və onu müşayiət edən şəxslər, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edib, qarşısına güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 3 gün davam edəcək səfər zamanı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına yeni alınmış Duzdağ Hotelə, Duzdağ “Fizioterapiya Mərkəzi”nə, “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC-yə, hazırda tikintisi davam etdirilən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.