AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda istirahət və müalicə mərkəzinə baxış keçirib

386

Noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-ə üzv təşkilatların rəhbərləri, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Culfa rayonunda yerləşən “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC-yə və tikintisi davam etdirilən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinə baxış keçiriblər.
AHİK sədri kompleksdə aparılan abadlıq-quruculuq işləri və mərkəzdə yaradılan müasir şəraitlə tanış olub.
Konfederasiya sədri mərkəzdə pasiyentlərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üçün bəzi tapşırıqlar verib.